Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 7-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Sandhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Nazarov da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 70-ci dəqiqəsində meydana buraxılıb.

“Ersgebirge” hazırda 7 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.