Azərbaycan Basketbol Liqasında (ABL) VIII tur bu gün başa çatıb.
Offsideplus.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma oynanılıb.
B qrupunda mübarizə aparan iki komandanın görüşündə "Quba" "Sumqayıt"ı qəbul edib və 107:90 hesabı ilə qalib gəlib.
A qrupunda isə "Şəki" və "Sabah" üz-üzə gəlib. Bu oyunda Rimas Kurtinaytisin komandası 83:115 hesablı qələbə qazanıb.


