Formula 1-də mövsümün son yarışı bu həftəsonu Əbu-Dabidə baş tutacaq.

Offsideplus.az xəbər verir ki, bu, Şarl Leklerin "Ferrari" ilə 150-ci yarışı olacaq.

O, 2019-cu ildən bəri İtaliya komandasında mübarizə aparır.

Ş. Lekler burada 8 qələbə və 27 poul qazanıb, 50 dəfə isə podiuma yüksəlib.

28 yaşlı pilot 150-ci yarışa özəl dəbilqə ilə çıxacaq.