"Arsenal" Obameyanqı transfer etmək üçün fəaliyyətə başlayıb.

Bu barədə qabonlu hücumçunun şərəfini qorduğu "Borussia"nın rəsmisi Hans-Yoahim Vatzke məlumat verib. Offsideplus.az xəbər verir ki, klubun direktoru "topçular"ın təklif etdiyi məbləği açıqlamadan boyun qaçırıb.

"Təsdiq edə bilrəm ki, Pyer-Emerik Obameyanqa görə "Arsenal"dan ilk sorğu almışıq. İngilis klubundan bizə təklif olunan konkret məbləği açıqlamaq niyyətində deyilik"- Vatzke deyib.

İngiltərə mətbuatı "Arsenal"ın 28 yaşlı forvardın transferinə 50 milyon avro xərcləməyə hazır olduğunu yazır. Komandanın baş məşqçisi Arsen Venqer isə futbolçu ilə danışıq aparmadıqlarını bildirib.

goal.az