Leverkuzen "Bayer"i Almaniya kubokunun 1/16 final mərhələsində “Sandhauzen”i məğlub edib - 5:2.

Offsideplus.az xəbər verir ki, bu qələbə sayəsində Leverkuzen təmsilçisi 1/4 finala adlayıb.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “əczaçılar” bu qələbə sayəsində 2023/2024 mövsümündə qələbə sayını 13-ə yüksəldib. “Bayer” meydana çıxdığı 14 matçın heç birində (13 qələbə və 1 heç-heçə) uduzmayıb ki, bu da klubun 1979-cu ildən bəri rekordudur.

“Bayer” Avropa Liqasının üçüncü turunda “Qarabağ”ı 5:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı növbəti görüş noyabrın 9-da Bakıda keçiriləcək.