“Auqsburq” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi danimarkalı Yess Torupa tapşırılıb.

Bir neçə gün öncə istefaya göndərilmiş Enriko Maaseni əvəz edən 53 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun sonuncu iş yeri “Kopenhagen” olub.