Almaniya yığmasının və Münhen "Bavariya"sının qapıçısı Manuel Noyer uzun müddətdən sonra yaşıl meydanlara qayıdır.

Offsideplus.az xəbər verir ki,  37 yaşlı qolkiper oktyabrın 21-də “Maynts”la Bundesliqanın növbəti turunda və ya oktyabrın 24-də "Qalatasaray"a qarşı Çempionlar Liqası matçında iştirak edə bilər. O, bu oyunlarda da meydana çıxmasa, oktyabrın 28-də "Darmştadt"la görüşdə "çərçivə"ni qoruyacaq.

Təcrübəli oyunçunun ötən ilin dekabrında xizək sürərkən ayağı sınıb.