Almaniyanın “Bavariya” klubu sabiq futbolçusu Jerom Boatenqi qaytarır.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı müdafiəçi tezliklə sMünhen təmsilçisinə dönüşünü rəsmiləşdirəcək.
Almaniya millisinin keçmiş oyunçusu artıq tibbi müayinədən keçib. Onun Bundesliqa çempionu ilə müqavilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulacaq. Boatenq yayda Fransa klubu “Lion”dan ayrıldığından, “Bavariya”ya azad agent kimi keçəcək.
Qeyd edək ki, Jerom Boatenq 2011-2021-ci illərdə “Bavariya”nın formasını geyinib.