Almaniyanın "Leypsiq" klubunun sağ cinah vingeri Xavi Simons komandadan ayrıla bilər.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 20 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu PSJ-yə qayıtmaq istəyir.
Lakin Bundesliqa klubu niderlandlını əldən buraxmaq niyyətində deyil.
Qeyd edək ki, onu "Leypsiq"lə gələn ilin 30 iyununadək müqaviləsi var.