Leonardo Bonuççi "Yuventus"dan ayrılmağa hazırlaşır.
Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, Turin təmsilçisinin 36 yaşlı kapitanı jaryerasını "Union"da (Berlin) davam etdirəcək. Tərəflər artıq razılıq əldə ediblər. Bonuççinin bu gün Almaniyaya yola düşəcəyi gözlənilir.
Müqavilə 2024-cü ilin iyun ayına kimi olacaq.