Münhen "Bavariya"sının yarımmüdafiəçisi Camal Musialanın zədəsinin durumu məlum olub.

Offsideplus.az xəbər verir ki, məşq zamanı sıradan çıxan 20 yaşlı futbolçu 3 həftə yaşıl meydanlardan kənarda alacaq. O, milli komandaların oyunları ilə əlaqədar beynəlxalq fasilədən sonra komandaya qoşulacaq.

Qeyd edək ki, Musiala azarkeşlər arasında keçirilən sorğuda ötən mövsüm "Bavariya"nın ən yaxşı futbolçusu seçilib.