Fransanın “Renn” klubunun yarımmüdafiəçisi Lovro Mayer “Volfsburq”un futbolçusuna çevrilib.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı xorvatla 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

O, yeni komandasında 19 nömrəli formada çıxış edəcək.

Bu transfer “Volfsburq”a 30 milyon avroya başa gəlib.

Mayer 2021-ci ildən “Renn”də çıxış edirdi.