Münhen "Bavariya"sı qapıçı transferinə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi "Sevilya"nın qolkiperi Yassin Bununu heyətinə qatmaq istəyir.

Almaniya nəhəngi 32 yaşlı futbolçunun keçidini bu yay həll etmək üçün danışıqları gücləndirib.

Qeyd edək ki, Bunu “Vidad Kasablanka”, “Atletiko”(Madrid), “Saraqosa”, “Jirona”dan sonra 2019-cu ildə “Sevilya”ya keçib.