Manuel Noyer artıq topa zərbələr endirə bilmir.
Offsideplus.az xəbər verir ki, bu barədə "BILD" nəşri məlumat yayıb. 37 yaşlı qolkiper topa zərbə endirmə və topla ötürmə məşqlərində əziyyət çəkir.
Noyerin 2024-cü ilədək əvvəlki formamasına qayıda bilməmə ehtimalı var.
Qeyd edək ki, Noyer Almaniya millisi Dünya Kubokunda mübarizəni dayandırandan sonra tətilə yollanmış, 2022-ci ilin dekabrında istirahətdə olarkən xizək sürəndə ayağını sındırmışdı.