“Leypsiq” klubu baş məşqçisi Marko Rouzla müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rouz 2022-ci ilin sentyabrından Bundesliqa klubunu çalışdırır. Komanda ötən mövsüm Bundesliqanı 3-cü pillədə başa vurub.