"Köln" klubu Almaniya Bundesliqasının son turunda "Bavariya"ya qarşı oyunda "Borussiya"nın (Dortmund) vuracağı qolları da stadionda səsləndirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Dortmund azarkeşləri ilə aralarında dostluq münasibəti olan "Köln" tərəfdarları "Borussiya"nın qollarını da özlərininki kimi qeyd edəcək.

 Qeyd edək ki, "Dortmund" - "Maints" və "Köln" - "Bavariya" matçı mayın 27-si Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

 

Günay Xəlil