"Leyptsiq"in müdafiəçisi Yosko Qvardiol Avropa nəhənglərinin hədəfindədir. 

Offsideplus.az xəbər verir ki, xorvatiyalı futbolçu ilə "Real Madrid" və "Mançester Siti" yaxından maraqlanır. Oyunçu "Kral klubu"na mümkün transferi barədə bu sözləri deyib:

"Elə bir böyük klub barədə çox söz deməyə gərəkməz. Həmişə iddialar olacaq, lakin indi "Leyptsiq"dəyəm. Gələcəkdə nələr olacaq, görəcəyik".

Qvardiol Xosep Qvardiolanın transfer siyahısındadır. 

Qeyd edək ki, Yoskonun Almaniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ildə başa çatır.