"Real Madrid" "Bavariya"nın futbolçusu Coşua Kimmix ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "Kral klubu" 2024-cü ildə futbolçunu heyətinə cəlb etməyi planlaşdırır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. 

Gənc yarımmüdafiəçinin Kroos və Modriç "Real"dan ayrılsa, komandadakı boşluğu doldurması gözlənilir.