"Leyptsiq"in yarımmüdafiəçisi Dani Olmo ilə bir çox Avropa klubu yaxından maraqlanır.  

Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafəçi "Barselona", "Real Madrid" "Bayern Münhen" kimi klubların transfer siyahısındadır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, Olmonun "Leyptsiq"lə müqaviləsinin müddəti 2024-cü ilin yaynda başa çatacaq. Klubun yeni müqavilə təklif etmə ehtimalı da gözləniləndir.