Münhen "Bavariya"sı ulduz futbolçusu Sadio Mane ilə bağlı qərarını dəyişib.
Offsideplus.az istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə yolları ayırmayacaq. O, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti”yə uduzduqdan (0:3) sonra paltardəyişmə otağında komanda yoldaşı Leroy Sane ilə dalaşmışdı. Əvvəlcə Mane Sanenin sözlərinə əsəbiləşdiyi üçün onu vurub. Daha sonra tərəflər əlbəyaxa dava ediblər. Bundan sonra "Bavariya" Mane ilə yolları ayrımaq qərarına gəlimşdi.
Lakin Bundesliqa lideri fikrini dəyişib. Klub rəhbərliyi seneqallıların cəzalandırılmasının mümkün variantlarını, o cümlədən cərimə, işdən kənarlaşdırma və hətta müqaviləni pozmağı müzakirə edib ."Bavariya" Mane ilə müqaviləni pozmamaq qərarına gəlib. Futbolçular öz aralarında vəziyyətə aydınlıq gətiriblər. Bundan əlavə, onlar komanda yoldaşlarından üzr istəyiblər.