Almaniya Bundesliqasında 27-ci turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, lider "Bavariya" səfərdə "Frayburq"a minimal hesabla qalib gəlib. Dortmund "Borussiya"sı isə bu turda "Union"u qəbul edib və rəqibini 2:1 hesabı ilə məğlub edib."Bayer" (Leverkuzen) öz meydanında "Ayntraxt"a (Frankfurt) (3:1) qalib gəlib. "Leypsiq" isə səfərdə "Herta" (Berlin) üzərində qələbəyə sevinib.

Almaniya Bundesliqası
27-ci tur

8 aprel

Auqsburq - Köln - 1:3
Qollar:
 Varqas, 29 - Sxiri, 7, Martel, 16, Mayna, 59

Bayer - Ayntraxt - 3:1
Qollar: 
Adli, 10, Diabi, 34, Azmun, 90+5 - Sov, 74

Borussiya D. - Union - 2:1
Qollar: 
Malen, 28, Mukoko, 79 - Behrens, 61

Frayburq - Bavariya - 0:1
Qol:
 De Lixt, 31

Mayns - Verder - 2:2
Qollar: 
Axorke, 85, Veyper, 90+3 - Steyq, 87, Fülkruq, 90+5

Herta - Leypsiq - 0:1
Qollar: 
Haydara, 40

9 aprel

17:30. Borussiya M. - Volfsburq
19:30. Bohum - Ştuttqart
21:30. Hoffenhaym - Şalke