"Ayntraxt"ın (Frankfurt) futbolçusu Daiti Kamada yayda komandadan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib. Frankfurt təmsilçisinin idman direktoru Markus Kröşe də bunu təsdiq edib:
"Böyük ehtimalla o, komandadan ayrılacaq" - deyə, klub rəsmisi bildirib.
Mənbəyə görə, "Borussiya" (Dortmund) yaponiyalı futbolçunu azad agent kimi heyətinə qatmağa çalışır.
Xəbərdə o da qeyd edilir ki, "arılar" 26 yaşlı oyunçu ilə müqavilə imzlamaq üçün danışıqları davam etdirir.