"Bavariya"nın baş məşqçisi Tomas Tuxel "Çelsi" klubundan qovulması barədə danışıb.

Offsideplus.az xəbər verir ki, alman mütəxəssis Münhen təmsilçisini çalışdırmaqdan məmnunluğunu dilə gətirib:

"Bu, şok idi. Görüş səhər saat 8-də 3-5 dəqiqə davam etdi. Hamımız düşünürdük ki, doğru yoldayıq və inkişaf üçün daha çox zamanımız var. Özümə yeni missiya tapmışam, "Bavariya"nı çalışdırmaqdan məmnunam".

Qeyd edək ki, "Çelsi" Tuxellə 2020/2021 mövsümündə Çempionlar Liqasının, 2022-ci ildə isə Klublararası Dünya Kubokunun qalibi olub.