Münhen "Bavariya"sının futbolçusu Leon Qoretska zədələnib.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Almaniya millisinin düşərgəsində olan zaman xəsarət alıb.
O, Belçikaya qarşı keçirilən yoldaşlıq oyununda (2:3) sıradan çıxıb.
Onun Bundesliqada lider “Borussiya”ya (Dortmund) qarşı keçiriləcək oyuna qədər tam sağalacağı ehtimal olunur.
Qeyd edək ki, "Bavariya" - “Borussiya” görüşü aprelin 1-də keçiriləcək.