"Bavariya" klubunun baş məşqçisi Yulian Naqelsmanla yollarını ayırmasının səbəbi bəlli olub.
Offsideplus.az xəbər verir ki, klubun idman direktoru Oliver Kan durumu belə açıqlayıb:
"Komandamızın keyfiyyəti aşağıdır və düşməyə davam edirdi. Yanvar ayından etibarən nisbətən uğursuz çıxış edirdik. Performansımızdakı bu güclü dəyişim cari mövsüm və gələcəkdəki hədəflərimizi təhlükəyə atırdı. Biz də rekasiya göstərdik".
Qeyd edək ki, "Bavariya"da yeni baş məşqçi Tomas Tuhel təyin olunub.
Xatırladaq ki, "Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsində "Mançester Siti" ilə qarşılaşacaq. Komanda Almaniya Bundesliqasında turnir cədvəlində lider "Borussiya Dortmund"dan bir xal geridədir.