“Frayburq” klubu baş məşqçisi Kristian Ştrayxla yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 57 yaşlı mütəxəssislə sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.

Onunla yanaşı, köməkçiləri Patrik Bayer, Florian Bruns və Yulian Şusterlə də yeni müqavilə imzalanıb.