Münhen “Bavariya”sının baş məşqçisi Yulian Naqelsman bildirib ki, Sadio Mane Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə qarşı keçiriləcək ilk oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytına danışan almaniyalı mütəxəssis seneqallının meydana çıxmayacağını bildirib.

Xatırladaq ki, bu matç fevralın 14-də baş tutacaq.