Dünən yaranmasının 14 illiyini qeyd edən İdman TV tezliklə tamaşaçılarını sevindirəcək.

 Offsideplus.az-ın məlumatına görə, telekanal uzun müddətdən sonra sükutu pozmağa hazırlaşır. Belə ki, Almaniya Bundesliqasının oyunları yenidən İdman TV-nin efirində canlı yayımlanacaq.

Artıq bu yöndə işlər görülür.

Qeyd edək ki, sözügedən telekanal vaxtilə Bundesliqa ilə yanaşı, İngiltərə Premyer Liqası və İspaniya La Liqasının oyunlarını da canlı yayımlayırdı.