Dprtmund "Borussiya"sı mövsümün sonunda klubla müqaviləsi başa çatan Yussufa Mukoko ilə razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi Avropa nəhənglərinin hədəfində olan 18 yaşlı hücumçu ilə yeni sözləşmə imzalayacaq. Tərəflər yaxın günlərdə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Yussufa Mukoko "Borussiya"nın yetirməsidir.