Yann Sommeri Münhen "Bavariya"sına satan "Borussiya" heyətini yeni qapıçı ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Monpelye"dən Yonas Omlini transfer edib.

İsveçrəli qapıçı ilə 2027-ci ilin yayına kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Yonas Omlin bu mövsüm Fransa klubunun heyətində 14 rəsmi matçda meydana çıxıb. O, 3 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.