“Köln” qapıçısı Yonas Urbiqi icarəyə verib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı qolkiper “Yan Regensburq”da çıxış edəcək.
O, 2024-cü ilin 30 iyununa kimi icarə əsasında sözügedən klubda forma geyinəcək.
Qeyd edək ki, Urbiq “Köln”ün öz yetirməsidir. O, əsas komandada debüt şansı qazanmayıb.