Tətildə xizək sürərkən ayağını sındıran Almaniya millisi və "Bavariya"nın qapıçısı Manuel Noyer üçün cari mövsüm başa çatıb.

Offsideplus.az "Kicker"ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin siyahısında alman qolkiperi əvəzləyəcək 3 əsas namizəd var. Klub rəhbərliyi PSJ-dən Keylor Navas, "Dinamo"dan Dominik Livakoviç və icarə əsasında "Monako"ya göndərilən Aleksandr Nubellə maraqlanır.

Hazırda "Monako"nun formasını geyinən Nubeli qış transfer dönəmində komandaya qaytarmaq üçün 26 yaşlı qolkiperlə Fransa klubu arasında müqaviləyə xitam verilməlidir. 

Müqaviləyə xitam verilməsi gerçəkləşməsə, klubun transfer siyasındakı digər oyunçular Keylor Navas və Dominik Livakoviçdir.

Qeyd edək ki, DÇ-2022-nin qrupundan çıxa bilməyən Almaniya mundialla erkən vidalaşıb.