Almaniya millisinin sabiq hücumçusu Maks Kruze “Volfsburq”dan ayrılıb.

 Offsideplus.az xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

34 yaşlı futbolçu 2022-ci ilin yanvarından “Volfsburq”da çıxış edirdi. O, karyerası ərzində “Sankt Pauli”, “Verder”, “Borussiya” (Mönhenqladbax), “Verder”, “Union Berlin”, “Frayburq” və “Fənərbaxça”da da forma geyinib, Almaniya yığmasında 14 oyun keçirib.