Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı dəqiqləşən "Bavariya"nın futbolçusu Sadio Manenin son durumu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, əməliyyat keçirən 30 yaşlı forvard 4 ay yaşıl meydanlardan kənarda qalacaq.
Mane daha öncə zədə səbəbindən millinin heyətindən çıxarılmışdı.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək baş tutacaq.