Münhen "Bavariya"sının və Almaniya millisinin qapıçısı Manuel Noyer yığma komandadakı gələcək karyerası haqda danışıb.
Offsideplus.az xəbər verir ki, Noyer, DÇ-2022-nin qalibi olsalar, milli ilə vidalaşmaq haqda düşünəcəyini bildirib.
DÇ-2022 noyabrın 20-də Qətərdə başlayacaq. Almaniya millisi İspaniya, Yaponiya və Kosta-Rika ilə E qrupunda mübarizə aparacaq.