Almaniyanın "Borussiya" klubu "Qalatasaray"ın futbolçusu Yusuf Demirlə yaxından maraqlanır.

Offsideplus.az istinadən xəbər verir ki, Dortmund təmsilçisi 19 yaşlı hücumçunu heyətinə qatmağı planlaşdırır. "Borussiya"dan əlavə, "Liverpul", "Bayer" və "Mançester Yunayted" kimi klublar da Demiri transfer etmək istəyir.

Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri "Rapid"dən 6 milyon avroya heyətinə qatıb. 9 milyon avro satış qiyməti olan türk futbolçunun "Cim-Bom"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.