"Bavariya"nın kapitanı Manuel Noyer dəri xərçəngi səbəbindən əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə "Bild" nəşrinə açıqlama verən almaniyalı qolkiper 3 dəfə cərrahiyə əməliyyatı keçirdiyini deyib:
"Dəri xəstəlikləri ilə bağlı keçmişim var. Dərimdə günəşdən qaynaqlanan hipopiqmentasiya və dəri xərçəngi var. Buna görə 3 dəfə əməliyyat olunmuşam".
Qeyd edək ki, Noyer çiynindən aldığı zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıb.