Martin Demiçelis tezliklə Avropadan Cənubi Amerikaya üz tuta bilər.

Offsideplus.az xəbər verir ki, o, “River Pleyt”in baş məşqçi vəzifəsinə əsas namizəd sayılır.

Münhen “Bavariya”nın əvəzedicilərdən ibarət komandasının çalışdırıcısının vətəni Argentinaya qayıtmaq ehtimalı çoxdur.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis 2019-cu ildən “Bavariya”nın strukturunda işləyir.