2021-ci ildən "Salernitana" klubunun formasını geyinən Frank Riberi futbolçu karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, bu barədə 39 yaşlı vinger özü açıqlayıb. 

O, karyerası boyunca "Qalatasaray" (2005), "Marsel" (2005-2007) və "Bavariya"(2007-2019) klublarının şərəfini qoruyub. 9 dəfə Bundesliqa, 6 dəfə Almaniya Kuboku, 5 dəfə Almaniya Superkuboku, 1 dəfə Çempionlar Liqası, 1 dəfə UEFA Superkuboku, 1 dəfə Türkiyə Kubokunun qalibi olub.