Münhen "Bavariya"sı yeni formasını təqdim edib.
Offsideplus.az xəbər verir ki, formalar Münhendəki Olimpiya Stadionunun 50 illiyi şərəfinə hazırlanıb.
Formanın dizaynı Münhenin dünyaca məşhur simvolik çəpərli damından ilhamlanıb və arenanın ətrafındakı rəngarəng elementləri özündə birləşdirir.
Qeyd edək ki, “Bavariya” 1972-2005-ci illərdə bu stadionda çıxış edib.