"Çelsi"dən istefaya göndərilən Tomas Tuxel Almaniya Bundesliqası qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 49 yaşlı mütəxəssisin "Bavariya"da Yulian Naqelsmanı əvəzləməsi gözlənilir. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Münhen təmsilçisinin prezidenti Herber Hayner isə Naqelsmandan razı olduqlarını bildirib.
Qeyd edək ki, Tuxel 2015-2017-ci illərdə "Borussiya"nı (Dortmund) çalışdırıb.