Tomas Tuxel yenidən Almaniyada işləyə bilər.

Offsideplus.az xəbər verir ki, bir müddət öncə "Çelsi"dən ayrılan mütəxəssisin xidmətində "Bavariya" maraqlıdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Yulian Naqelsmannın işindən narazı olan rəhbərlik 35 yaşlı çalışdırıcını göndərərək yerinə Tuxeli gətirməyi planlaşdırır.

Qeyd edək ki, "Bavariya" 7 turdan sonra 12 xalla Bundesliqada 5-ci pillədə yer alıb.