"Bavariya"nın futbolçusu Tomas Müller Messi-Ronaldo və Levandovski-Benzema arasında seçim edib.

Offsideplus.az xəbər verir ki, almaniyalı forvard sabiq komanda yoldaşı Robert Levandovskini "Real"ın kapitanından üstün tutub:

"Levandovskini seçirəm, lakin Benzema əla mövsüm keçirib. Çox yaxşı futbolçudur".

Müller "Messi, yoxsa Ronaldo?" sualına cavab olaraq Kriştianonu seçib: "Ronaldo. Messiyə qarşı yaxşı statistikam var, amma Ronaldoya qarşı o qədər də yaxşı deyil".