"Qarabağ"ın UEFA  Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında 5-ci tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda Leverkuzendə “Bayer" ilə qarşılaşıb. Görüş "Frayburq"un 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə nəticəsində "Frayburq" xallarının sayını 12-yə çatdırıb və topların nisbətinə görə turnir cədvəlində liderliyə yüksəlib. İkinci yeri tutan “Borussiya” Dortmundun da 12 xal var. 5 oyunda hərəyə 11 xal toplayan “Bavariya” və “Union” Berlin 3-4-cü yerləri bölüşdürürlər.