"Qarabağ"ın  Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan  "Frayburq" hücumçusu Nişan Burkartı icarəyə verib.

Offsideplus.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı oyunçu mövsümün sonuna qədər "Vintertur" (İsveçrə) klubunda çıxış edəcək.

Qeyd edək ki, "Frayburq" qrup mərhələsi çərçivəsində ilk oyununu öz meydanında "Qarabağ"a qarşı keçirəcək. Sentyabrın 8-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.