"Bavariya"nın futbolçusu Coşua Zirkzee karyerasını İtaliyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, niderlandlı hücumçu "Bolonya"ya transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

21 yaşlı oyunçu ilə 2026-cı ilin iyununa qədər sözləşmə imzalanıb. 

A Seriyası təmsilçisi keçidin maliyyə detallarını açıqlamayıb. 

Qeyd edək ki, Coşua 2018-ci ildən Bundesliqa klubunun əsas komandasında çıxış edirdi. O, 17 oyunda meydana çıxıb və 4 qol vurub. Hücumçu ötən mövsümü isə icarə əsasında "Anderlext"də keçirib. Belçika təmsilçisinin heyətində bütün turnirlərdə 47 matç keçirib, 18 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.