“Borussiya” (Dortmund) hücumçusu Ceymi Bayno-Qittenslə müqaviləni yeniləyib.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçu ilə yeni sözləşməsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, Ceymi 2020-ci ilin sentyabrında “Mançester Siti”nin akademiyasından “Borussiya”ya (Dortmund) keçib. İngiltərəli oyunçu bu mövsüm 1-i ölkə kubokunda olmaqla 2 matç keçirib və 1 qol vurub.