"Borussiya" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Köln"ün hücumçusu Antoni Modesti heyətinə qatıb. "Borussiya" 34 yaşlı futbolçu üçün 5 milyon avro ödəyib.
Müqavilənin müddəti 2023-cü ilin iyununa kimidir.