"Leypsiq" "Çelsi"nin hücumçusu Timo Vernerin transferi ilə bağlı qarşı tərəflə anlaşıb.
Offsideplus.az xəbər verir ki, Bundesliqa klubu London təmsilçisinə almaniyalı forvard üçün 30 milyon avro ödəyəcək. Bu barədə "Sky Sports" məlumat yayıb. 26 yaşlı oyunçunun bu həftə Almaniyaya gedəcəyi gözlənilir.
Xatırladaq ki, Verner "zadəganlar"ın baş məşqçisi Tomas Tuxellə münasibətləri korlandığı üçün komandadan ayrılmağa qərar vermişdi.
Qeyd edək ki, Timo Verner 2020-ci ilin yayında 53 milyon avro qarşılığında "Leypsiq"dən "Çelsi"yə keçmişdi.