"Bavariya"nın futbolçusu Kris Riçards "Kristal Pelas"a transfer olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 5 illik sözləşmə imzalanıb. Maliyyə detalları haqda isə açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ millisinin üzvü 2018-ci ildə MLS klubu "Dallas"dan "Bavariya"ya transfer olunmuşdu. O, geridə qalan mövsümü icarə əsasında "Hoffanhaym"da keçirib. Kris bu komandanın heyətində 19 oyunda meydanda olub, 1 qol və 1 asisstlə yadda qalıb.